Banklarda əmanətlər artıb

Banklarda əmanətlər artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 7 milyard 931,9 milyon manat təşkil edib. Bu avqust ayının yekunları ilə müqayisədə 88,1 milyon manat və ya 1,12% artım deməkdir.

Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 842,4 milyon manat və ya 11,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 611,6 milyon manat və ya 8,35% artıb.

U.A.

0
6