Əfqanıstanda 25 talibançı məhv edilib

Əfqanıstanda 25 talibançı məhv edilib

Əfqanıstanın Qunduz şəhərində güc strukturlarının qoşunları ilə toqquşma nəticəsində “Taliban” qruplaşmasının ən azı 25 silahlısı zərərsizləşdirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qunduz şəhərinin polis rəisi Qasım Canqalbah bildirib.

Məlumatda həmçinin bəzi yaraqlıların şəhərin hotellərindən birində gizlənərək müqavimət göstərdiyi də qeyd edilir.

Bazar ertəsinə keçən gecə taliblər hücuma keçərək Qunduzun bir çox rayonlarını ələ keçiriblər. Yaraqlıların həmçinin milli təhlükəsizlik xidmətinin binasına nəzarəti ələ keçirdiklərinə və qubernatorun dəftərxanasına doğru irəlilədikləri barədə məlumat yayılmışdı.

A.M.

www.oxu.az

0
5