BDU-da erməni dili kursları təşkil olunacaq

BDU-da erməni dili kursları təşkil olunacaq

Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib.

O bildirib ki, “Düşmənlə öz dilində mübarizə aparaq!” devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

“6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mərkəzə müraciət edə bilərlər”, - deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18:00-da başlayacaq.

A.M.

0
9