Cəlilabadda qadını döyüb pulunu almaq istədilər

Cəlilabadda qadını döyüb pulunu almaq istədilər

Polis əməliyyat keçirib.

Cəlilabad rayonunda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 18-də Cəlilabad rayonunun Ağdaş kəndində qeydə alınıb. 

Kənd sakini Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyib və hadisə yerini tərk edib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

0
14