Manat xarici valyutalara nisbətdə bahalaşdı

Manat xarici valyutalara nisbətdə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 4-nə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 3-ü ilə müqayisədə 0,2% ucuzlaşaraq 1,6138 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8166 manatdan 1,8071 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 3-ü ilə müqayisədə 0,0257 manatdan 0,0259 manata qalxıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5382 manatdan 0,5336 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0925 manatdan 2,0724 manata düşüb.

U.A.

0
5