(R) "AXA MBASK" sığorta agentliklərinin VI forumunu keçirdi

(R) "AXA MBASK" sığorta agentliklərinin VI forumunu keçirdi

AXA MBASK Sığorta Şirkəti Ağsaray Deluxe Hotelində (Mingəçevir) “Stabil şirkət, stabil agentlik” adlı Sığorta Agentliklərinin Altıncı İllik Forumunu keçirib. Üç gün davam edən Forumda AXA MBASK-la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.

Forumumda keçən ilin nəticələri, agentlərİn əməlİyyatlarIna təsİr edəcək tələblər və yenİlİklər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Qeyd edək ki, AXA MBASK SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərdi ki, AXA MBASK sığorta şirkəti ve onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməktədir.

Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

0
5