Türkiyəli jurnalist ölkədə turizmin tənəzzülünün səbəbini izah etdi

Türkiyəli jurnalist ölkədə turizmin tənəzzülünün səbəbini izah etdi

“Biz münasibətləri pozmuşuq”.

Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri olan turizm Ankaranın həm daxili, həm də xarici siyasətində buraxdığı bağışlanmaz səhvlər ucbatından tənəzzülə uğrayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Milliyet”də öz sütununda Mehmet Tezkan yazıb. 

Türkiyənin ilk bədbəxtçiliyi Suriyanın daxili işlərinə qarışmağı oldu, nəticədə ölkəyə 2,7 milyon qaçqın gəldi. Egey dənizi qaçaqmalçı gəmilərlə doldu, burada hər gün insanlar boğularaq ölməyə başladı. Sonunda o, “ölüm dənizi” adını aldı, jurnalist qeyd edir. 

İkinci bədbəxtçilik, Ankaranın uzun müddət cihatçıların güclənməsinə göz yumaraq açıq qapı siyasətindən imtina etməyərək hamını qəbul etməsidir. Terrorçular asanlıqla ölkəyə gəlirdilər, indi isə “İslam dövləti” Türkiyədə fəaliyyət göstərir, hədəf kimi isə tez-tez xarici vətəndaşları seçir, jurnalist yazır. 

Daha sonra Türkiyə hakimiyyəti, rusiyalı vətəndaşlar türk turizminə lazım olduqları halda, Moskva ilə münasibətlərdə bir sıra səhvlərə yol verdi. Öncə Ankara hava məkanında mühüm olmayan pozuntuya görə Rusiya təyyarəsini vurdu, daha sonra vəziyyəti guya bu təyyarənin təhlükəsizliyə təhdid yaratdığı kimi qələmə verməyə çalışarkən addımbaaddım vəziyyəti daha da gərginləşdirdi, məqalədə deyilir. 

“Biz münasibətləri pozduq, biz turizmin ayaqüstə durmasına səbəb olan rusları itirdik”, - Tezkan yazır. 

Və nəhayət, Türkiyə hakimiyyəti PKK ilə müharibənin qarşısını almaq və kürd məsələsini dinc yolla həll etmək üçün heç nə etmədi. İndi Türkiyə küçələrində İkinci Dünya müharibəsi illərini xatırladan xaos və yoxsulluq hökm sürür. Sonda isə jurnalist istehza ilə bu qorxulu şəraitdə ölkəyə turistlərin niyə gəlməməsinə yalnız təəccüblənməyin qaldığını bildirir. 

0
10