Ankarada zəncirvari qəza: 25 yaralı

Ankarada zəncirvari qəza: 25 yaralı

Ankarada 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə paytaxtında sərnişin avtobusu, yanacaq daşıyan yük maşını və minik avtomobili toqquşub.

Məlumata görə, yanacaq daşıyan yük maşınının çəni boş olub. Zərbənin gücündən onun aşdığı bildirilir.

Qəza nəticəsində avtobusda olan 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

0
11