Hollivud ulduzunun barmağı qopdu - FOTO

Hollivud ulduzunun barmağı qopdu  - FOTO

Amerikalı aktrisa Lindsi Lohanın barmağının bir hissəsi qopub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı aktrisa sosial mediada barmağının tikildiyini yazıb və foto paylaşıb.

Lohan bildirib ki, az qalsın barmağı tamamilə qopacaqdı:

“Şükürlər olsun ki, qopan hissəni tapdıq və əməliyyatla yerinə tikdirdik. Çox pis ağrıyır”.

Aktrisa barmağının hansı şəraitdə bu vəziyyətə düşdüyünü açıqlamayıb.

0
8