Terrorçu-kamikadze özünü partlatdı: 22 ölü, 33 yaralı

Terrorçu-kamikadze özünü partlatdı: 22 ölü, 33 yaralı

Suriyanın Xaseke şəhərində  terrorçu-kamikadze özünü partladıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı toy şənliyində törədilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində 22 nəfər ölüb, 33 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
16