Rusiya XİN ABŞ-ın qərarına münasibət bildirdi

Rusiya XİN ABŞ-ın qərarına münasibət bildirdi

Rusiya rəsmi Vaşinqtonun Suriya ilə atəşkəs haqqında əməkdaşlığın dayandırılması qərarından təəssüflənir.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.


“ABŞ Suriya üzrə əsas razılaşmaları yerinə yetirə bilmədiyindən məsuliyyəti digər tərəflərin üzərinə qoymağa cəhd edir”, - deyə M.Zaxarova bildirib.

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi rəsmi Vaşinqtonun Suriyada atəşkəslə bağlı Rusiya ilə əməkdaşlığı dayandırdığını bildirib.

S.B.

0
12