Rusiyada üçyaşlı azərbaycanlı atasına məxsus tapança ilə özünü vurub

Rusiyada üçyaşlı azərbaycanlı atasına məxsus tapança ilə özünü vurub

“Tapança rəsmən qeydiyyatdan keçirilib”.

Üçyaşlı uşaq atasına məxsus tapança ilə özünü vurdu. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Vsevolojsk rayonunun Zanevka kəndində baş verib. Oğlan travmatik tapançanı atasının “Leksus”unda tapıb və boynuna atəş açıb.

“Təcili tibbi yardım” həkimləri odlu silahdan yaralanmış uşağı xəstəxanaya yatırmaq qərarına gəliblər. 

“Xəsarət alan uşaq Sankt-Peterburqun pediatrik tibbi akademiyasına aparılıb. O, reanimasiya şöbəsindədir”, - hüquq-mühafizə orqanlarıda olan mənbə bildirib. 

Oğlanın atası maşından 15 dəqiqəlik ayrıldığını, qayıtdıqda isə oğlunun qan içində olduğunu görüb. 

“Biz şəhərətrafında olan evimizə gəldik. Mən bir müddətlik içəri girib, sonradan geri qayıtmağı düşünürdüm. Oğlumu maşında qoydum. On beş dəqiqəlik getmişdim, qayıdanda isə onu qan içində gördüm və xəstəxanaya apardım”, - xəsarət alan uşağın atası Salavat “47news”a bildirib. 

Oğlanın atası 20 ildən artıqdır ki, Peterburqda yaşayır, əslən Azərbaycandandır. Onun dörd yetkinlik yaşına çatmayan övladı var, kommersiya şirkətində sürücü işləyir. Salavatın sözlərinə görə, tapança rəsmən qeydiyyatdan keçirilib. 

0
19