“Cəbhət ən-Nüsrə”nin liderlərindən biri məhv edildi

“Cəbhət ən-Nüsrə”nin liderlərindən biri məhv edildi

Suriyada beynəlxalq koalisiyaya məxsus aviasiyanın endirdiyi hava zərbəsi nəticəsində “Cəbhət Fəth əş-Şam” (keçmiş “Cəbhət ən-Nüsrə”) terror qruplaşmasının liderlərindən biri məhv edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Əbu əl-Fərəc əl-Məsri Suriyanın Cisr Əş-Şuğur şəhəri yaxınlığında öldürülüb.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.

S.B.

0
7