Maliyyə Nazirliyində yeni şöbə yaradıldı

Maliyyə Nazirliyində yeni şöbə yaradıldı

Maliyyə Nazirliyinin (MN) Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin bazasında yeni şöbə yaradılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, söhbət Maliyyə xidmətləri üzrə siyasət şöbəsindən gedir.

Əvvəlki şöbəyə rəhbərlik edən Ziyəddin Allahverdiyev yeni şöbənin müdiri təyin edilib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəllərində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarət Xidməti ləğv edilərək onun səlahiyyətləri yeni quruma verilib.

A.M.

0
8