Estoniyada qadın prezident oldu

Estoniyada qadın prezident oldu

Tarixdə ilk dəfə Estoniyada ölkə idarəçiliyi qadına həvalə olunub.

Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, 101 millət vəkilindən 81-nin səs çoxluğu ilə Kersti Kalyulayd  prezident seçilib.

Onun səlahiyyətlərinin icrasına oktyabrın 10-dan başlayacağı gözlənilir.

Bildirək ki, K.Kalyulayd 1969-cu ildə anadan olub. Həm dövlət həm də bank sektorunda fərqli vəzifələrdə çalışıb. Bir müddət ölkənin Baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri olub. 2004-cü ildən Estoniya Avropa Auditorlar Məhkəməsinin nümayəndəsi olub.

0
4