Ağdamda direktor “zavuç”u döydü

Ağdamda direktor “zavuç”u döydü

Ağdamda direktor “zavuç”u döyüb.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb.

Belə ki, məktəbin direktor müavini Şirazi Ağayev tarix müəllimi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. “Zavuç” müəllimin dərsə gəlməməsinin səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla əlaqə saxlayıb.

F.Səfərov isə ona ağır cavab verib. Daha sonra isə direktor müavini Səfərli kənd orta məktəbinə yollanıb.

Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək ona ağır bədən xəsarətləri yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəstə evə buraxılıb.

Məlumat üçün bildirək ki, Fəqani Səfərov Ağdam rayonunda yerləşən digər məktəbin – Baharlı kənd orta məktəbinin direktorudur.

E.Ə.

0
19