Tikinti şirkətinin əməkdaşları 420 min manatlıq dələduzluqda ittiham olunur

Tikinti şirkətinin əməkdaşları 420 min manatlıq dələduzluqda ittiham olunur

Bakıda külli miqdarda dələduzluq hadisəsi qeydə alınıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, “Şəlalə” MTK-nın keçmiş sədri Sabir İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, MTK-nın işçiləri Fərhad, Nizami və Rafiq adlı şəxslər 420 min manat pul mənimsəyiblər.

O müraciətində yazıb ki, qeyd olunan şəxslər vergi ödəmələrindən yayınmaq üçün saxta hesabat və sənədlər tərtib ediblər.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
10