Səlim Müslümov: Yaxın gələcəkdə işsizlik problemi olmayacaq

Səlim Müslümov: Yaxın gələcəkdə işsizlik problemi olmayacaq

“Açılan yeni iş yerlərinin sayı bağlanan iş yerlərini üstələyib”.“Bu gün Azərbaycanda bağlanan iş yerlərindən daha çox açılan iş yerləri var”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, Azərbaycanda işsizliyin səviyyəsi hal-hazırda 5% ətrafındadır. “İqtisadi prosesdən asılı olaraq, müəyyən iş yerləri bağlanırsa, digər iş yerlərinin də açılması prosesi gedir.

Azərbaycanda doqquz ay ərzində açılan iş yerlərinin sayı bağlanan iş yerlərinin sayını üstələyir. Bildiyiniz kimi, ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarında qırx mindən çox yeni iş yeri açılıb. Dövlət Məşğulluq Xidməti tərəfindən də həmin iş yerlərinə insanlarımız göndərildi, işlə təmin olundu”, - deyə S.Müslümov qeyd edib.

S.Müslümov onu da əlavə edib ki, Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü işlər, xüsusilə pambıqçılığın, baramaçılığın, fındıqçılığın inkişafı kənd yerlərində çoxlu sayda yeni iş yerlərinin açılmasına imkan verir:

“Bu da onu göstərir ki, yaxın gələcəkdə işsizlik problem kimi gündəmdə olmayacaq”.


U.A.

0
8