Kubra Əliyeva səhnədən getdi

Kubra Əliyeva səhnədən getdi

“Hələ arzularım var. Oğlum Rauf dünyasını dəyişdi, onun 13 yaşlı övladı Ağəli qalıb”.

Oxu.Az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kubra Əliyeva deyib.

Aktrisa “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, tək istəyi nəvəsini boya-başa çatdırmaqdır:

“Nəvəm yeddinci sinifdə oxuyur. Tək istəyim Ağəliyə bir gün ağlamaqdır. Rəbbim mənə o günə qədər nəfəs versin. Verməsə də, qismət. Torpaqdan gəlmişik, torpağa da gedəcəyik".

K.Əliyeva bundan sonra heç bir filmdə, serialda rol almayacağını söyləyib:

“Ancaq elə-belə verilişlərə çıxa bilərəm. Səhnəni yuxuda görürəm. Çox istərdim ki, yeni tamaşada oynayım, amma buna güc lazımdır. Buna dözə bilmərəm. Evdə iş görəndə belə, tez yoruluram. Kimyaterapiya gücümü alıb. Səhnədə tərəf müqabillərim də qalmayıb, hamısı bu dünyadan köçdü. Hamısı üçün darıxıram, əvəzolunmaz sənətkarlar idi”.

A.S.

0
5