“Baku Steel Company”də partlayış baş verib, yaralılar var

“Baku Steel Company”də partlayış baş verib, yaralılar var

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.

Oxu.Az Report-a istinadən bildirir ki, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Xəsarət alan şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

E.Ə.

0
10