Sinoptiklər 29 dərəcəyədək isti vəd edirlər

Sinoptiklər 29 dərəcəyədək isti vəd edirlər

Cənub-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. 

Cənub-qərb küləyi əsəcək, axşam mülayim-şimal qərb küləyi əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

0
18