Təhsil İdarəsi: Rus bölməsində pedaqoji kadr çatışmazlığı var

Təhsil İdarəsi: Rus bölməsində pedaqoji kadr çatışmazlığı var

Bu gün Azərbaycanda rus bölməsində işləyən pedaqoji kadrların sayı kifayət etmir.

Oxu.Az APA-ya xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib.

A.Yusifov bildirib ki, rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına uşaqların qəbulunda yer çatışmazlığı ilə bağlı yaranan problem I sinfin rus bölməsinə qəbulda da özünü göstərir. Onun sözlərinə görə, bu problemlər də pedaqoji kadrlarla bağlıdır.

Bu sahədə il ərzində kifayət qədər işlərin görüldüyünü deyən sektor müdiri vurğulayıb ki, universitetlərin rus bölməsində təhsil alan gələcək pedaqoji kadrlarla, 3-4-cü kurs tələbələri ilə görüşlər keçirilib:

“Sorğu zamanı məlum olur ki, 20 tələbədən ikisi ya üçü ümumtəhsil məktəblərində işləmək arzusunda olur. Ona görə də Təhsil Nazirliyi tərəfindən rus bölməsinin riyaziyyat, rus dili və ədəbiyyat müəllimləri üçün ödənişsiz yenidən hazırlama təhsili təşkil olunur. Yəni onlar ixtisaslarını dəyişib, ibtidai sinif müəllimi olurlar. Problemi müəyyən qədər həll etməyə çalışırıq, lakin rus bölməsində pedaqoji kadrlarla bağlı problemə görə bu gün həm məktəbəqədər, həm də birinci sinfə qəbulda problemlər var”.

A.M.

0
6