Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırıb

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırıb

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan 218 mln. dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 28,8% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

“Cari ilin yanvar-avqust aylarında 102,1 mln. dollar dəyərində tərəvəz ixrac edilib, bu isə 2015-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisdə 37% çoxdur. Meyvə ixracı 86,7 mln. dollar məbləğində olub (artım 26,4%)”, - nazirlikdən bildiriblər.

Bundan başqa, yanvar-avqust aylarında 16,1 mln. dollar dəyərində pambıq (artım 30,3%), 7,2 mln. dollar dəyərində dəri xammalı (azalma 21,2%), 5,56 mln. dollar məbləğində tütün məmulatı (artım 27,8%) ixrac edilib, qalan məbləğ digər kənd təsərrüfatı məhsullarının payına düşüb.

Məlumata görə, 2015-ci ildə Azərbaycan 312 mln. dollar dəyərində meyvə və tərəvəz ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 7,2% çoxdur.

A.M.

www.oxu.az

0
6