Maliyyə Nazirliyi 400-dən çox vəzifəli şəxsi cərimə edib

Maliyyə Nazirliyi 400-dən çox vəzifəli şəxsi cərimə edib

Əldə edilən vəsait büdcəyə ödənilib.

Bu ilin I yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində qanunvericiliyə müvafiq olaraq protokollar tərtib edilib.

Bu barədə Maliyyə Nazirliyindən Oxu.Az-a bildirilib.

İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 407 vəzifəli şəxsə 251,8 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

U.A.

0
6