Bakıda şagird müəllimlərə hücum etdi

Bakıda şagird müəllimlərə hücum etdi

Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib.

Oxu.Az Publika.az-a istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

E.Ə.

0
6