İŞİD-in başçısını zəhərləməyə cəhd ediblər

İŞİD-in başçısını zəhərləməyə cəhd ediblər

“İslam dövləti” terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi yeməyində olan zəhərdən zəhərlənə bilərdi.

Oxu.Az “Al Sumaria”ya istinadən xəbər verir ki, bu barədə İraq vilayəti Naynavada olan mənbə bildirib.

“Kəşfiyyatın məlumatına görə, İŞİD başçısı Əbu Bəkr əl-Bağdadi və daha üç komandir yeməklərinə qatılan zəhərdən zəhərlənə bilərdilər”, - mənbə bildirib.

O dəqiqləşdirib ki, hadisə Mosul şəhərinin İŞİD-in 2014-cü ildə ələ keçirdiyi cənubi-qərbində baş verib. Qeyd edilir ki, qruplaşma təşkilatın liderinin olduğu rayonda həbslərə başlayıb.

İyunun ortasında “İslam dövləti” qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviazərbələri nəticəsində öldürüldüyü barədə məlumat yayılmışdı. Amma bu məlumat təsdiqlənmədi.

0
5