Almaniya islahatlarda Tehranı dəstəkləməyə hazırdır

Almaniya islahatlarda Tehranı dəstəkləməyə hazırdır

Almaniya İran hakimiyyətini islahatların keçirilməsində dəstəkləməyə hazır olduğunu bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriel Tehrana səfəri zamanı bəyan edib.

“Məqsədimiz hazırkı hakimiyyətin dünyanı kəşf etmə yolunda dəstəkləməkdir”, - Qabriel deyib.

Nazirin sözlərinə görə, Almaniya daha sıx ticarət əlaqələri yaratmağa hazırdır.

Qabriel həmçinin əlavə edib ki, səfər zamanı ölkə hökuməti ilə Suriya münaqişəsi, İsrail məsələsi və bir sıra hüquqi məsələlərdə İran İslam Respublikasının rolunu müzakirə edəcək.

Qabriel ölkələr arasında ticarət əlaqələrini nizama salmaq məqsədi ilə Tehranda səfərdədir.

N.O.

0
7