Türkiyədə hərbi avtomobil partladıldı: Ölənlər var

Türkiyədə hərbi avtomobil partladıldı: Ölənlər var

Türkiyənin cənubi-şərqində Hakkari əyalətində PKK terror təşkilatının üzvləri hərbi avtomobili partladıblar, nəticədə Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi ölüb.

Oxu.Az bu barədə “Hurriyet”ə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, partlayış əldəqayırma partlayıcı qurğu vasitəsilə avtomobil hərəkət edərkən həyata keçirilib.

Türkiyə Silahlı Qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün əyalətə əlavə qüvvə göndərib.

N.O.

0
9