Rusiya Türkiyə badımcanlarının idxalına qadağa qoydu

Rusiya Türkiyə badımcanlarının idxalına qadağa qoydu

“Rosselxoznadzor müvəqqəti məhdudiyyətlər qoydu”.

Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) aprelin 25-dən Rusiyaya Türkiyədə yetişdirilmiş badımcanların gətirilməsinə qadağan qoydu.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Rosselxoznadzor-a istinadən xəbər verir. 

“Rusiyada karantin elan edilmiş orqanizmlərə yoluxmuş badımcanların partiyasının Türkiyədən daxil olması ilə əlaqədar... Rosselxoznadzor cari ilin aprelin 25-dən onların tədarükünə müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edib”, - Xidmətin məlumatında deyilir. 

Daha öncə, cari ildə türk badımcanlarının güllərin ən təhlükəli zərərvericisi və bitkilərin viruslarını yayan, qərbi (Kaliforniya) gül tripsinə yoluxmasının dörd halının üzə çıxarılması barədə məlumat yayılmışdı. 

0
23