Ağsuda avtomobil atı vurub: Ağır xəsarət alanlar var

Ağsuda avtomobil atı vurub: Ağır xəsarət alanlar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sahibsiz buraxılan heyvanlar növbəti dəfə ağır nəqliyyat hadisəsinə səbəb olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yolun Ağsu rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ağasəf Bəhruz oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan atı vurub. Hadisə nəticəsində sürücü Ağasəf Məmmədov və sərnişini, Göyçay rayonu Çərəkə kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Məhəmməd İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

A.M.

0
5