Yük bölməsində unudulan işçiyə görə təyyarə məcburi eniş edib

Yük bölməsində unudulan işçiyə görə təyyarə məcburi eniş edib

Portuqaliyadan Anqolaya uçan təyyarə yükdaşıyan əməkdaşın itdiyinə dair xəbərdən sonra Lissabonda məcburi eniş edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Lissabon aeroportunun rəsmi nümayəndəsi Rusi Oliveyra jurnalistlərə “Angola Airlines” şirkətinə məxsus təyyarənin şənbə günü yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 13:00) səmaya qalxdığını bildirib.

Təyyarə Portodan Luandaya uçub. Təyyarənin səmaya qalxmasından təxminən bir saat sonra Portoda yükdaşıyan fəhlələrdən birinin itdiyinə dair məlumat daxil olub və təyyarə məcburi eniş edib.

Təyyarə endikdən sonra kişi yük bölməsində sağ tapılıb, amma soyuq hava şəraitinə görə xəstələnmiş vəziyyətdə olub. Oliveyra bildirib ki, yükdaşıyan fəhlə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti sabit qiymətləndirilib.

0
6