Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb.

Oxu.Az Apasport-a istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində keçiriləcək növbəti iki oyun üçün heyətə 23 futbolçu daxil edib.

Xorvatiyalı mütəxəssis oktyabrın 8-də Bakıda Norveç, 3 gün sonra isə Ostrava şəhərində Çexiya ilə qarşılaşacaq millidə “Qarabağ”ın futbolçularına daha çox – 7 yer verib. Yığmada “İnter” 5, “Neftçi” və “Qəbələ” hərəyə 2, “Zirə” isə 1 oyunçu ilə təmsil olunacaq. Premyer Liqa klublarından üçü – “Sumqayıt”, “Kəpəz” və AZAL isə milliyə futbolçu verməyib.

Komandamızın heyətində ölkə xaricində çıxış edən 6 futbolçu var. Onlardan ikisi Portuqaliya klubunu təmsil edirsə, Almaniya, İspaniya, Türkiyə və Ukraynadan hər birindən 1 oyunçu cəlb edilib.

Prosineçkinin siyahısında yeni ad olmasa da, Rauf Əliyevin yığmaya qayıdışı diqqət çəkir. Son seçmə matçında heyətə cəlb olunanlardan Elvin Məmmədov, Əfran İsmayılov və Mahir Mədətov bu dəfə siyahıdan kənarda qalıb.

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”);

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”);

Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya);

Hücumçular: Ağabala Ramazanov, Rauf Əliyev (hər ikisi “İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).

A.M.

0
5