Bakıda 78 yaşlı kişi protez dişinin boğazında qalması nəticəsində ölüb

Bakıda 78 yaşlı kişi protez dişinin boğazında qalması nəticəsində ölüb

Bakıda bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 78 yaşlı Səfiyar Kərimov protez dişinin boğazında qalması nəticəsində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
7