KİV: Leonardo Di Kaprio toya hazırlaşır

KİV: Leonardo Di Kaprio toya hazırlaşır

Leonardo Di Kaprionun subaylığa son qoyacağına dair xəbərlər KİV-də mütəmadi olaraq yayılır. Nəticədə isə hansısa model ilə ildırım sürəti ilə başlayan məhəbbət macərası elə həmin sürətlə də sona çatır. Amma deyəsən, bu dəfə aktyorun sarışın model Nina Aqdal ilə münasibətləri ciddidir. Hollivud aktyoru və danimarkalı model evlənməyə hazırlaşırlar.

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sevgililər artıq beş ildir ki, tanışdırlar, amma öz münasibətlərinə dair yalnız bu ilin mayında danışıblar. Məlumata görə, nikah mərasimi 2017-ci ilin yazına təyin edilib. Mərasimə yalnız ən yaxınlar dəvət ediləcəklər.

A.S.

0
7