Böyük Britaniyanın XİN rəhbəri Afrikanı “ölkə” adlandırıb

Böyük Britaniyanın XİN rəhbəri Afrikanı “ölkə” adlandırıb

Böyük Britaniyanın Xarici işlər naziri Boris Conson Afrikanı “ölkə” adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Çıxışı zamanı Conson beynəlxalq aləmdə Birləşmiş Krallığın rolunu yüksək qiymətləndirərək ölkə dəyərlərinin dünyanı yoxsulluqdan qurtarmağa davam etdiyini bildirib.

Nazirin fikrincə, Afrika Britaniya dəyərlərini qəbul etməklə faydalana bilər. Bu, həm də qitəni avtoritarizmdən xilas edə bilərdi.

“Dünya iqtisadi sisteminə daxil olduqdan sonra Afrikada orta insan ömrünün müddəti təəccübləndirəcək dərəcədə artıb”, - o bəyan edib.

N.O.

0
4