Gözəl və cazibədar: Fransız brendi “Etam” 100 illiyini qeyd etdi – FOTO

Gözəl və cazibədar: Fransız brendi “Etam” 100 illiyini qeyd etdi – FOTO

Parisdə Pompidu incəsənət mərkəzində möhtəşəm “Etam Live Show” baş tutub. Bununla da Fransanın məşhur alt geyim brendi “Etam” 100 yaşını bayram edib.

Oxu.Az xəbər verir ki, Avener, De Minuit, Marina Kaya kimi tanınmışların musiqisi ilə poduimda addımlayan 80 model “Etam”ın seksual alt geyimlərini sərgiləyib. Paris Moda Həftəsi çərçivəsində keçirilən yubiley-şou, xüsusilə şəffaf büstqalter, incə və nazik büstyelər, krujevalı dəstlərin çox zəngin çeşidi, fərqli ahəngi ilə yadda qalıb. Dənizçi qız stilində təqdim olunan alt geyim dəsti isə izləyiciləri öz yaradıcılığı ilə heyran edib.

Təntənəli tədbirdə kino və dəb aləminin məşhurları da iştirak ediblər. Builki şounun daha bir özəlliyi isə “Show Shop Now” olub. Bununla izləyicilər bəyəndikləri alt geyimiləri şou zamanı əldə etmək imkanı qazanıblar.

Azərbaycanda isə brendin 10 ildən artıq tarixi var. İlk mağazası 2003-cü ildə açılan “Etam”ın indi Bakıda 3 mağazası fəaliyyət göstərir. Brendin 100 illik yubileyini “Etam Bakı” da xüsusi diqqətdə saxlayıb. Markanın yüz yaşına həsr olunmuş tədbir özəl olaraq hazırlanmış videoçarxın nümayişi ilə başlayıb. Böyük maraqla izlənən videoçarxda “Etam”ın unikal tarixi, brendin üslubu və innovativliyindən bəhs edən kadrlar göstərilib. Daha sonra brendin yeni “Payız/Qış 2016” kolleksiyası nümayiş olunub. Azərbaycanın tanınmış dəb bloqqerlərinin də iştirak etdiyi tədbir xüsusi DJ şou ilə davam edib.

Qeyd edək ki, “Etam” markası 1916-cı ildə yaradılıb. Hazırda Fransanın alt geyimi seqmentinin 42%-i “Etam”a məxsusdur.

İndi dünyanın 35 ölkəsində “Etam”ın 5000-dən artıq mağazası fəaliyyət göstərir və o, alt geyimi seqmentində aparıcı şirkətlərdən biri hesab olunur. Müntəzəm olaraq xüsusi dəvət olunmuş dizaynerlərlə birgə özəl kolleksiyalar hazırlayan “Etam” çeşidini daha da zənginləşdirir, yeni dəb tendensiyalarının zirvəsində öz yerini qoruyub saxlaya bilir. Qadınlığın özəlliyi, eleqantlıq, yumşaqlıq və münasib qiymət – şirkətin əsas uğuru bunlardadır.

“Etam”a məxsus bütün alt geyimləri və çimərlik dəstləri zərifliyi və keyfiyyəti ilə fərqlənır. Hamar tikişlər, basma naxışlar, incə lent və qırçınlar, krujevalar “Etam” modellərinə çox özəl görüntü verir. Kolleksiyalar bir neçə üslubu əhatə edir: zərif-eleqant, etnik və ya idman stili.

“Etam” zərif xanım siluetlərinə, təbii materiallara üstünlük verdiyi üçün hər zaman qadına, qadın olmanın özəlliyini hiss etdirir.

A.S.

0
7