Kabildə partlayış: Ölənlər var

Kabildə partlayış: Ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə bazar ertəsi partlayış baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

DİN nümayəndəsi bildirib ki, yerli vaxt ilə saat 6:50-də (Bakı vaxtı ilə 6:20-də) əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində bir nəfərin öldüyü və iki nəfərin yaralandığı təsdiqlənib.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

0
5