Başqırdıstanda 17 fəhlə işə bir köhnə “Volqa”da gəldi

Başqırdıstanda 17 fəhlə işə bir köhnə “Volqa”da gəldi

“VKontakte”də “Sibay yollarında!” icması “Başqırdıstan briqadası işə gedir” adlı video yerləşdirib. Videoda köhnə “Volqa”dan 17 fəhlənin düşdüyü əks olunub.

Oxu.Az xəbər verir ki, sürücü daxil olmaqla 14 nəfər maşının salonundan, daha üç nəfər isə yük yerindən düşüb. Fəhlələr onları çəkən operatoru salamlayaraq özləri ilə gətirdikləri bayanda mahnı ifa etməyə başlayıblar.

Avtomobildən düşən fəhlələrin hansı təşkilatda işlədikləri məlum deyil. Video dəmir yolu yaxınlığında çəkilib.

0
5