Hollandiyalı jurnalist Liviyada İŞİD snayperinin qurbanı oldu

Hollandiyalı jurnalist Liviyada İŞİD snayperinin qurbanı oldu

Hollandiyalı fotojurnalist Yerun Urlemans Liviyada “İslam Dövləti” qruplaşmasının snayperinin açdığı atəş nəticəsində ölüb.

Oxu.Az bu barədə "Associated Press”ə istinadən xəbər verir.

Jurnalist Sirt şəhərində İŞİD-ə qarşı əməliyyatı işıqlandırarkən həlak olub. Urlemansın ölümü haqqında xəbəri onun həmin rayonda işləyən həmkarı Coni de Riyke bildirib.

Niderlandın Liviyada səfiri Erik Stratinq jurnalistin ölümü ilə əlaqədar “Twitter” mikrobloqunda başsağlığı verib.

Agentliyin məlumatına görə, hollandiyalı jurnalist karyerası ərzində Əfqanıstanda, Suriyada, Liviyada olub, eləcə də qaçqınların Avropaya axınını işıqlandırıb. 2012-ci ildə Urlemans Suriyada yaraqlılara əsir düşüb, amma bir həftə sonra buraxılıb.

N.O.

0
6