Kardaşyanın otağına basqın elədilər

Kardaşyanın otağına basqın elədilər

Erməni əsilli porno ulduz Kim Kardaşyanın başına Parisdə iş gəlib.

Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, Parisdə naməlum, özlərini polis kimi qələmə verən şəxslər Kardaşyanın oteldəki otağına soxulub və onu bir neçə saat silah altında saxlayıblar.

Kardaşyanın təmsilçisinin dediyinə görə, model zərər çəkməyib, lakin çox qorxub. İnsidentin təfərrüatları hələlik bəlli deyil.

Kardaşyan Parisə moda həftəsində iştirak etmək üçün anası və bacısı ilə birgə gəlib. Porno ulduzun tanınmış repçi olan əri Kayn Vest həmin vaxt Nyu-Yorkda konsertdə olub.

0
9