Çində iki bina uçdu: 4 ölü

Çində iki bina uçdu: 4 ölü

Çinin Qansyü əyalətində iki binanın uçması nəticəsində 4 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 1 nəfər xəsarət alıb, onun həyatına təhlükə olmadığı bildirilir.

İnsident Lunyan şəhərində qeydə alınıb. Uçan binaların biri dörd, digəri isə yeddi mərtəbədən ibarət olub.

Hadisə yerində axtarış-xilasedici əməliyyatlar davam etdirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

0
8