Türkiyəyə üç mərmi atıldı: 1 ölü, 2 yaralı

Türkiyəyə üç mərmi atıldı: 1 ölü, 2 yaralı

Türkiyənin Kilis şəhəri  Suriya ərazisindən atəşə tutulub.

APA-nın “Anadolu” agentliyinə  istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb.

Hadisə nəticəsində partlamamış hərbi sursatı zərərsizləşdirməyə çalışan polis əməkdaşı ölüb. O,  boş sahəyə düşən mərmini zərərsizləşdirərkən partlayış baş verib.

Partlayış zamanı iki jandarm yaralanıb. Hadisə yerinə təcili tibbi briqadaları cəlb edilib. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.

0
12