ABŞ-da universitetdə atışma: 2 ölü

ABŞ-da universitetdə atışma: 2 ölü

ABŞ-ın Qrinsboro şəhərində (Şimali Karolina) yerləşən Aqrar-Texniki Universitetdə silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təhsil müəssisəsində baş verən atışma zamanı 2 nəfər, 1 oğlan və 1 qız ağır yaralanıb.

Xəstəxanaya çatdırılan tələbələrin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları  və səbəbləri barədə hələ ki, məlumat verilmir.

0
11