İntihar edən məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA

İntihar edən məktəbli ilə bağlı - RƏSMİ AÇIQLAMA

Abşeron Rayon Təhsil Şöbəsi intihar etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova Qafqazinfo-ya açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.

“Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər”, - deyə A. Tahirova vurğulayıb.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahid iki aldığına görə özünü məktəbin ikinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.

A.M.

0
4