Roma Papası: Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm

Roma Papası: Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm

Azərbaycanda səfərdə olmaqdan şadam və məni görüşdüyümüz bu bina kimi yeni binalar sayəsində köklü şəkildə dəyişən bu şəhərdə, ölkənin paytaxtında, Xəzər dənizinin sahilində səmimi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk bu gün Heydər Əliyev Mərkəzində hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib: “Cənab Prezident, Azərbaycan xalqı və hökuməti adından mənə ünvanladığınız səmimi salamlara və ötən il hörmətli xanımınızla Vatikana səfərinizdən sonra cavab səfəri ilə Sizi ziyarət etmək imkanına görə xüsusilə təşəkkür edirəm. Mən bu ölkəyə tarix boyu bu torpaqlarda məskunlaşan bir çox xalqların töhfəsinin bəhrəsi olan mürəkkəb və zəngin mədəniyyətinizə tam heyran olaraq gəlmişəm. Onlar müasir cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsində əks olunan təcrübəyə, dəyərlərə və fərqləndirici əlamətlərə həyat veriblər. Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin iyirmi beş illiyi qeyd olunacaq. Bu hadisə bu onilliklərin, əldə edilmiş tərəqqi və ölkənin üzləşdiyi çətinliklərin nəticələrinə hərtərəfli yekun vurmaq imkanı verir. Bu günə qədər keçilən yol institutların möhkəmləndirilməsi və millətin iqtisadi və vətəndaş artımına kömək istiqamətində atılan əhəmiyyətli səyləri aydın göstərir”.

Roma Papası bildirib ki, bu hamıya, xüsusilə də ən zəif olanlara qarşı daim diqqət tələb edən və multikulturalizmin üstünlüklərilə mədəniyyətlərin bir-birini tamamlamasının zəruriliyini qəbul edən cəmiyyətin sayəsində mümkün olan yoldur: “Bu da öz növbəsində vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və müxtəlif dini konfessiyaların tərəfdarları arasında qarşılıqlı əməkdaşlıq və hörmətə doğru aparır. Dövrümüzdə fərqlilikləri razılığa gətirmək üçün bu ümumi səy xüsusi önəm kəsb edir, çünki bu göstərir ki, başqa ideya və baxışları olan digər şəxslərin hüquqlarını pozmadan öz ideyalarının arxasınca getmək və dünyaya baxmaq olar”.

A.M.

0
6