Roma Papasından Qafqazda sülh üçün dua etməsi xahiş olundu

Roma Papasından Qafqazda sülh üçün dua etməsi xahiş olundu

Azərbaycan Apostol perfekturasına rahiblik edən və inanan dindarlar Bakıda səfərdə olan Roma Papası Fransiskdən Qafqaz regionunda sülh və əmin-amalıq üçün dua etməsini xahiş ediblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, papaya müraciəti Roma-Katolik Kilsəsinin Azərbaycandakı Apostol perfekturasının ordinarı Vladmir Feteke oxuyub.

“Hörmətli Fransisk ata! Sizin səfərinizin mərhəmət gününün yubiley ilində baş tutması bizim üçün çox mühümdür… Dindarlar, keşişlər və Azərbaycan Apostol perfekturası rahiblərinin adından aramızda olmağınıza, moizə zamanı bizi ruhlandıran dəstəkverici sözlərinizə və tam olaraq ilahi aləmə həsr olunmuş nümunəvi həyatınıza görə sevincimizi və sizə minnətdarlığımızı ifadə etmək istərdim. Sizdən bizimlə Qafqazda sülh və barışıq üçün dualarınızı davam etdirməyi xahiş edirik”, — deyə Fekete bildirib.

A.M.

0
7