6 qol vuruldu, Nazarov izlədi

6 qol vuruldu, Nazarov izlədi

Almaniya II Bundesliqasında VIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” də növbəti oyununa çıxıb.

“Bənövşəyilər” öz meydanında “Bohum”la qarşılaşıblar. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Nazarov matçda vurulmuş 6 qolu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, hazırda aktivində 7 xal olan “Aue” 15-ci pillədə qərarlaşıb.

0
6