Tramp Hillari Klintonu təqlid etdi

Tramp Hillari Klintonu təqlid etdi

Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp növbəti dəfə əsas rəqibi Hillari Klintonun fiziki durumunun prezident kimi fəaliyyət göstərməsinə imkan verməyəcəyini bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,  Manhaym şəhərində seçicilər qarşısında çıxış edən D. Tramp deyib ki, demokratların prezidentliyə namizədinin fiziki durumu Rusiya prezidenti Vladimir Putinlə qarşıdurmaya və Çinlə sərfəli ticari əlaqələrə dair müzakirə aparmağa imkan verməyəcək.

D. Tramp bildirib ki, H. Klinton dövlət katibi olarkən prezident Barak Obamaya pis məsləhətlər verib. Respublikaçıların namizədi vurğulayıb ki. Əgər onun illər öncə baş verənləri dəyişmək imkanı olsaydı, H. Klintonu heç vaxt dövlət katibi seçməzdi.

Qeyd edək ki, D. Tramp tribunada hətta H. Klintonun çətinliklə hərəkət etməsini də təqlid edib.

0
9