Dağıstanda antiterror əməliyyatı keçirilir

Dağıstanda antiterror əməliyyatı keçirilir

Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tabasaran rayonunun inzibati sərhədləri hüdudlarında antiterror əməliyyatı rejiminin tətbiq edilməsinə dair qərar yerli vaxtla 04.30-da (Bakı vaxtı ilə 05.30-da) Dağıstandakı əməliyyat qərargahının rəhbəri tərəfindən verilib.  

Məlumata görə, əməliyyat çərçivəsində silahlıların  və onlarla əlaqəli şəxslərin axtarışı aparılır.

0
15