“Şah” yenə “sülh”ə razılaşdı

“Şah” yenə “sülh”ə razılaşdı

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov beşinci oyununa çıxıb.

Qrosmeysterimiz Pyotr Svidler ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər 50-ci gedişdə bərabərliyə razılaşaraq xalları yarı bölüblər.

Qeyd edək ki, 5 oyundan sonra aktivində 2,5 xal olan “Şah” 5-7-ci yerləri bölüşür. Lider isə 4 xalla Aniş Qiridir.

0
13